4 avqust 2011 - 19:30

"Yeni Dövr" qəzeti öz istəyi ilə deyil, sifarişlə iftira atır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yevlax məscidinin axundu Hacı Namiq Əliyevə qarşı "qara piar" kampaniyası hələdə davam etməkdədir.

Yevlaxın İmam Camaatı Hacı Ramin Quliyev bu məsələ ilə bağlı İslam-Azeri.az İnternet qəzetinə yeni məlumat verib.

O bildirib ki, "Yeni Dövr" qəzeti ötən gün üzr istəməsinə baxmayaraq bu gün yenidən iftiralarına davam edib.

Belə ki, qəzetdə çıxan yeni yazıda bildirilir ki, guya camaat Yevlax məscidinin axundu Hacı Namiq Əliyevə qarşı çox hiddətlidirlər və onu daşqalaq etmək istəyirlər. Axund isə qaçıb gizlənib. Onun İrana qaçdığı güman edilir.

Yevlaxın İmam Camaatı Hacı Ramin Quliyev bu yazılanların hamısının cəfəngiyat və iftiradan başqa bir şey olmadığını bildirərək məsələ ilə bağlı artıq daha qəti addım atmaq niyyətində olduqlarını deyib.

O, bildirib ki, Yevlax camaatı "Yeni Dövr" qəzetinə qarşı artıq hüquqi yollara baş vurmağı qərara alıb və qəzet məhkəməyə veriləcək. Həmçinin məsələ ilə əlaqədar etiraz nümayişinin də keçirilə biləcəyi qeyd edilib.

Qeyd edək ki, "Yeni dövr" qəzetində dərc edilmiş məlum iftira yazısından sonra camaat etriaz etmiş və qəzet rəhbərliyi də üzr istəmiş, hətta bu üzrü rəsmi şəkildə qəzetin nöbəti sayında dərc ediləcəyi bildirilmişdi.

Lakin əksinə oldu; qəzetin növbəti sayında iftiraların davamı görülməkdədir.

Bütün bunlar isə əsas verir ki, bu hansısa sifariş əsasında aparılan kampaniyadır və "Yeni Dövr" qəzeti kampaniyanı dayandırmağa cəhd etsə də yeni göstərişə əsasən "Davam edin!" əmrindən çıxmağa cəsarət edə bilməyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır