Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyə Böyük Millət Məclisində sədr seçkisi keçirilib. Səsvermədə 375 millət vəkili iştirak edib.
Hakim Ədalət və İnkişaf Partiyasının namizədi, əvvəllər dövlət naziri vəzifəsini tutan Cemil Çiçek səslərin 322-sini qazanıb və Türkiyə Böyük Millət Məclisinin 26-cı sədri seçilib.
Ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının üzvləri səsvermədə iştirak etməyiblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır