Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ərəbistanın Qətif şəhərində yaşayan görəkəmli şiə alimi Məhəmmədtəqi əl-Mətuq 90 yaşında vəfat edib.
əl-Mətuq böyük İslam alimi Şeyx Abdullah əl-Mətuqun övladı idi. Bu alimin İslam dininə, xalqa çox böyük xidmətləri olub. Bölgə sakinləri onu məhəbbətlə yad edirlər.
əl-Mətuq uzun illər Nəcəf-Əşrəfdə İslam elmlərinə yiyələnib. Təhslini sona yetirdikdən sonra Ərəbistana qayıdaraq dini-ictimai fəaliyyətə başlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır