2 avqust 2011 - 19:30

əl-Mətuq uzun illər Nəcəf-Əşrəfdə İslam elmlərinə yiyələnib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ərəbistanın Qətif şəhərində yaşayan görəkəmli şiə alimi Məhəmmədtəqi əl-Mətuq 90 yaşında vəfat edib.

əl-Mətuq böyük İslam alimi Şeyx Abdullah əl-Mətuqun övladı idi. Bu alimin İslam dininə, xalqa çox böyük xidmətləri olub. Bölgə sakinləri onu məhəbbətlə yad edirlər.

əl-Mətuq uzun illər Nəcəf-Əşrəfdə İslam elmlərinə yiyələnib. Təhslini sona yetirdikdən sonra Ərəbistana qayıdaraq dini-ictimai fəaliyyətə başlayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır