Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ayaqları iflic olan və yeriyə bilməyən yapon Fransanın ən yüksək zirvələrindən birinə dırmaşmağa hazırlaşır.
"Yomiuri" bildirir ki, iki övlad atası, 49 yaşlı Seydzi Uçida Mon Sen Mişel dağına kibernetik ekzoskelet vasitəsilə qalxacaq. Bu yeni protez-skelet onu geyinən insanın oynaqlarının dayanıqlığı və ayaqlarının gücünü 10 dəfə artırır.
Gəzmək qabiliyyətini 28 yaşında avtomobil qəzasına düşmüş Uçidanın sözlərinə görə, yaratdığı ekzoskelet onu belində daşıyacaq adama rahatlıqla dağa qalxmağa imkan verəcək.
"Assisted Limb (HAL)" adlanan bu kostyum iflic insanların da dağa qalxmalarını fantastik təxəyyül səviyyəsindən reallığa endirir.
Ekzoskletin kibernetik texnologiyasını Senkay Universitetinin professoru Esiyuki hazırlayıb.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır