1 avqust 2011 - 19:30

Danimarkanın bu hərəkəti artıq Almaniya və Avropa Birliyinin rəhbərliyi tərəfindən sərt şəkildə pislənib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Danimarkada ölkənin Şengen zonasının daxilindəki sərhədlərində daimi buraxılış məntəqələrini bərpa edən qanun təsdiq olunub.

Hökumət bu qanunu cinayətkarların və qeyri-qanuni mühacirlərin axınına qarşı qəbul edildiyini iddia edir.

Danimarkanın bu hərəkəti artıq Almaniya və Avropa Birliyinin rəhbərliyi tərəfindən sərt şəkildə pislənib. Avropa Birliyi sərhəd məntəqələrini Şengen zonasının daxilində sərbəst hərəkət etmə barədə qaydaların pozulması kimi qiymətləndirib.

Danimarkada qanunun əleyhdarları onu millətçilərə edilmiş güzəşt kimi dəyərləndirirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır