Əhli Beyt -ABNA- xəbər agentliyin xarici mediyalara stinadən verdiyi xəbərə görə, Gürcüstan parlamenti ölkənin qərbindəki Kutaisi şəhərinə köçür. Bunu nəzərdə tutan qanun layihəsi ilə bağlı səsvermədə 150 millət vəkilinin 103-ü lehinə, 1 nəfər əleyhinə səs verib. Müxalifət nümayəndələri səsvermədə iştirak etməyiblər.
Parlament 2012-ci ildə keçiriləcək seçkilərdən sonra Kutaisiyə köçəcək. Ali qanunverici orqanın yerləşəcəyi bina hələ inşa edilməyib.
Deputatların Kutaisiyə köçmələrinə ehtiyac yoxdur. Orada parlamentin plenar iclasları keçiriləcək. Parlamentin komitələri isə əvvəlki təki Tbilisidə fəaliyyət göstərəcək.
2009-cu ildə deputat Akaki Boboxidze parlamentin köçürülməsi təklifi ilə çıxış etmişdi. Onun fikrincə, bu addım Kutaisinin və ümumilikdə Gürcüstanın qərbinin inkişafına rəvac verərdi.
Təşəbbüsü iqtidar partiyası və prezident Mixail Saakaşvili dəstəkləyib.
Parlamentin maliyyə-büdcə komitəsinin rəhbəri Zurab Melikişvilinin dediyinə görə, köç 57 milyon lariyə (təxminən 34 milyon dollar) başa gələcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır