Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gürcüstan hakimiyyəti 2013-cü ildə keçiriləcək prezident seçkisinə hazırlığa start verib.
Gürcüstanın nüfuzlu «Kvela siaxle» həftəliyi növbəti prezident seçkisindən sonra hazırki dövlət başçısı Mixail Saakaşvilinin baş nazir postunu tutacağını iddia edir. Qəzetin iddiasına görə, Gürcüstan prezidenti postuna isə Tbilisinin meri Georgi Uqulava namizəd göstəriləcək: «Saakaşvili məhz Uqulavanın namizədliyi üzərində dayanıb».
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır