28 iyul 2011 - 19:30

«AtaHoldinq» və ona bağlı xeyli şirkət də Əliyevin qızlarına məxsus imiş Leyla və Arzu Əliyevaların «Hughson Management»i daha nələrin sahibidir?

«AtaHoldinq» və ona bağlı xeyli şirkət də Əliyevin qızlarına məxsus imiş Leyla və Arzu Əliyevaların «Hughson Management»i daha nələrin sahibidir?

 “Azadlıq” radiosunun jurnalist araşdırmasında (müəllif Xədicə Ismayılovadır) Azərbaycanın mobil rabitə bazarında son illərdə peyda olan və xüsusi söz sahibi “Azerfon” şirkətinin ölkə prezidenti Ilham Əliyevin qızları Leyla və Arzu Əliyevalara məxsusluğu sənədlərlə sübut edilib. Bəlli olur ki, “Azerfon”un əsas təsisçiləri olan şirkətlər Panamada qeydiyyata alınıb və onların prezidentin övladları ilə bağlılığı danılmazdır. Panama Dövlət Qeydiyyatı Reyestrinin rəsmi saytında şirkətlə bağlı məlumatlarda onların hər ikisinin adı qeyd edilib (Məsələn, bax: https://www.registro-pub-lico.gob.pa/scripts /nwwisapi.dll/conweb/MESAMENU?TODO=SHOW &ID=528828 ). Yazıya əlavə edilmiş foto da bunu sübut edir.

Prezidentin övladlarına məxsus olan və “Azerfon”un təsisçisi Panama şirkətləri aşağıdakılardır:

“Hughson Management Inc”;

“Gladvyn Management Inc”;

“Grinnel Management Inc”.