27 iyul 2011 - 19:30

8 yaralı qeyd olunub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Nizami rayonu ərazisində iki sərnişin avtobusunun toqquşması xeyli sayda insan xəsarəti ilə nəticələnib.

Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyunun 27-də saat 16:30 radələrində qeydə alınıb.

Şəhər sakini Rasim Nağıyevin idarə etdiyi "Daewoo" markalı və həmyerlisi Elman Bağırovun idarə etdiyi "Mercedes" markalı avtobuslar toqquşub. Xəsarət almış 8 nəfər sərnişinə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır