27 iyul 2011 - 19:30

Azərbaycan vətəndaşlığını almaq üçün bu istəkdə olan şəxsin 5 il daimi qaydada qanuni əsaslarla Azərbaycanda yaşaması vacibdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Dövlət Miqrasiya Xidməti bildirib: “Azərbaycan vətəndaşlığını almaq üçün bu istəkdə olan şəxsin 5 il daimi qaydada qanuni əsaslarla Azərbaycanda yaşaması vacibdir”.

"Bu dövrdə həmin şəxsin qanuni gəlir mənbəyi olmalı, o, ölkə konstitusiyasının tələblərinə əməl edəcəyinə dair öhdəlik götürməli, Azərbaycanın dövlət dilini bildiklərinə dair sənəd təqdim etməlidir".

Azərbaycan vətəndaşlığı almaq istəyən şəxs Dövlət Miqrasiya Xidmətinə müraciətlə yanaşı, Azərbaycan Prezidentinin adına anket-ərizə yazmalıdır. Azərbaycan Prezidentinə ünvanlanmış anketə ərizə (səbəb göstərilməklə), tərcümeyi-hal, şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycanda daimi yaşayış yerini təsdiqləyən qeydiyyat sənədinin surəti, həmin şəxsin son 5 ildə Azərbaycanda yaşadığını təsdiqləyən yaşayış yerindən arayış və sair əlavə edilməlidir.

Vətəndaşlıq almaq istəyən şəxsin ailə vəziyyəti haqda arayış, Təhsil Nazirliyindən dövlət dilini bildiyinə dair araşyış, 4 ədəd fotoşəkil (3x4 ölçülü), qanuni gəlir mənbəyinin olduğunu təsdiqləyən sənədi (iş yerindən arayış, pensiya və ya sosial yardım alındığına dair arayış, aliment alındığına dair arayış, öhdəliyində olan insanların gəlirləri haqda arayış, varislik şəhadətnaməsi, qanunla qadağan olunmayan fəaliyyətdən əldə edilən gəlir haqda sənəd) də təqdim etməlidir.

Bununla yanaşı, 110 manat dövlət rüsumu ödənilməlidir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır