25 iyul 2011 - 19:30

Naxçıvan Muxtar Respublikası və İran arasında Araz sərhəd çayı üzərində tikilən körpü şənbə günü istismara verilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Naxçıvan Muxtar Respublikası və İran arasında Araz sərhəd çayı üzərində tikilən körpü şənbə günü istismara verilib.

Açılış mərasimində Azərbaycan və İranın yüksəkvəzifəli rəsmiləri iştirak ediblər.

"Dəyəri 4 milyon dollar olan 250 metrlik körpü iki dövlət arasında yük və sərnişin tranzitini asanlaşdıracağ"ı qeyd edilir.

Bundan başqa, Araz çayının suyundan istifadə üzrə layihənin birinci mərhələsi də işə salınıb.

Layihə regionda 2000 hektara yaxın əkin sahələrini su ilə təmin edəcək və 1500-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır