Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Şeyx Allahşükür Paşazadənin adı daha bir qalmaqalda hallandı. Bu dəfə söhbət həmin idarənin müstəsna səlahiyyətində olan biznesə-Həcc ziyarətinin təşkilinə İsrail şirkətinin də ortaq olmasından gedir. Beləki Qafqaz Müsəlmanlar İdarəsi müsəlmanlara deyil Sionistlərə xidmət etdiyini bird aha sübuta yetirdi.
“İzRus” portalının xəbərinə görə, İşğalçı İsrailin “Elita VİP Turs” turizm şirkətinin rəhbəri Şmuel Rahman bugünlərdə Bakıda iki yerli turizm şirkəti ilə İsraildəki müqəddəs məkanlara kiçik Həcc ziyarətinin (İmrə) təşkilinə dair müqavilə bağlayıb. Lakin bu müqaviləyə əsasən azərbaycanlılar böyük Həcc ziyarətinə də İsrail üzərindən gedə bilərlər.
Ş.Rahman deyib ki, o, Bakıda “Galaxy Travel” və “Pasha Travel” turizm şirkətləri ilə müqavilə bağlayıb. Bu şirkətlər tezliklə İşğalçı İsraildə müsəlmanlar üçün Fələstindəki işğal etdikləri müqəddəs məkanlara və qonşu ölkələrdəki ziyarətgahlara səyahətlərin təşkilinə dair reklam kampaniyasına başlayacaqlar.
İşğalçı İsrail biznesmeni deyib ki, Azərbaycanda onun “Kiçik Həcc” layihəsi üçün kifayət qədər potensial müştəriləri var! Azərbaycanlı dindarlar həm də Məkkə ziyarətinə İşğalçı İsrail üzərindən gedə bilərlər. “Azərbaycanın ildə Məkkəyə ziyarət təşkil etmək üçün 10 min nəfərlik kvotası var. Bu məkanı bir çox müsəlmanlar ziyarət etmək istəyir, lakin kvotaya düşə bilmirlər. Mən onlara ”Kiçik Həcc" ziyarəti təklif edirəm, bu ziyarətə qatılmaqla onlar İşğalçı İsraildə müsəlmanların müqəddəs məkanlarının necə qorunduğunu görə, bizim müsəlmanlarla savaşmadığımıza əmin ola bilərlər", deyə Ş.Rahmon bildirib.
Yəhudi biznesmen deyib ki, “Böyük Həcc” İsraildəki müqəddəs məkanları ziyarət etmədən natamam sayılır. Ona görə də o, Azərbaycandan olan müştərilərə təklif edir ki, İordaniyadan keçməklə İsrailə, oradan isə Məkkəyə səyahət etsinlər. “Bu, bizim eksklüziv ideyamızdır. Bizim İşğalçı İsraildə ziyarətçiləri qarşılayıb oradan Məkkəyə yola salmaq üçün tərəfdaşlarımız var. Ziyarətdən sonra onların geri qayıtmasını da təşkil edəcəyik”, deyə biznesmen bildirib. O deyib ki, Bakıdakı danışıqlarda İşğalçı İsrail səfirliyi və yerli yəhudi icmasından kömək görüb. Biznesmen Azərbaycanda Həcc ziyarətinin təşkili üçün müstəsna səlahiyyətlərə malik olan Qafqaz Müsəlmanları İdarəsinin həmin sövdələşmə ilə bağlı mövqeyinin necə olduğu barədə heç nə deməyib. Ancaq bu sahəni bilən ekspertlər deyir ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinin təşkili üçün Səudiyyə Ərəbistanının rəsmən tanıdığı yeganə qurumdur. Bu baxımdan müsəlmanların ən müqəddəs məkanına təşkil olunan ziyarətlər də bu idarə ilə razılaşdırılmalıdır. Deməli, sözügedən sövdələşmə idarənin və onun rəhbərinin razılığı olmadan baş tuta bilməzdi. Eyni zamanda xəbərdən belə məlum olur ki, İşğalçı İsrail biznesmeni Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana ayrılan kvotadan kənar Həcc ziyarətlərinin təşkilini razılaşdırıb.
Dini ekspertlər hesab edir ki, belə bir müqavilə yalnız sionizimə xidmət etməkdən savayı başqa bir şey deyildir və bütün İslam aləmində qınanacaqlı bir məsələdir. Ermənistanın Qarabağ Azərbaycan torpaqlarını işğal etməsi təkin Fələstin torpaqlarını İşğal etmiş və bütün müsəlman ölkələrinin daxili və xarici siyasət və iqtisadiyyatında daiım əngəllər yaratmış sionist İsrail faşistləri ilə bu müqaviləni qurmaq Allah Təalaya qarşı üsyan etmək deməkdir.
Həcc ziyarətinin monopolisti Allahşükür Paşazadənin bu rəzil razılığı istər pul tamahı ilə istərsədə qorxu hürküsü ilə olursa olsun hər ikisi böyük biabırçılıqdı.
Sən demə Allaşükür İslam deyil Sionist xadimi imiş!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır