23 iyul 2011 - 19:30

Masallı rayonu ərazisində Təhsil naziri Misir Mərdanovun üzərindən xətt çəkilmiş vərəqələrin paylanması ilə əlaqədar bu gün səhər saat 11:00 radələrində Quliyev Araz Faiq oğlu Masallı polis şöbəsinə çağırılmış, iki saata qədər polis bölməsində saxlandıqdan sonra ondan izahat alınaraq sərbəst buraxılmışdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən saat 11:00 radələrində Quliyev Araz Faiq oğlu Masallı polis şöbəsinə çağırılmışdır.

Məlumata görə, Masallı rayonu ərazisində Təhsil naziri Misir Mərdanovun üzərindən xətt çəkilmiş vərəqələrin paylanması ilə əlaqədar bu gün səhər saat 11:00 radələrində Quliyev Araz Faiq oğlu Masallı polis şöbəsinə çağırılmış, iki saata qədər polis bölməsində saxlandıqdan sonra ondan izahat alınaraq sərbəst buraxılmışdır.

Bu barədə Araz Quliyev Xeber44.com saytına verdiyi açıqlamasında bildirmişdir ki, ondan polis bolməsində Misir Mərdanovun üzərindən xətt çəkilmiş kağızların kimlər tərəfindən yayılması soruşulmuş, bu işdə Masallı dindarlarından xüsusən də Masallıda fəaliyyət göstərən İmam Museyi Kazim adına olan heyətdən şübhələndiklərini bildirmişlər. Araz Quliyev də bu şübhələrin əsassız olduğunu bildirmiş lakin Misir Mərdanovun Azərbaycanın təhsil ocaqlarında hicab qadağasını sionist dövlət olan İzrailin sifarişi ilə həyata keçirdiyinə və Azərbaycan təhsilinə vurduğu ziyanlara görə kağızların kim tərəfindən paylanmasını bilməsədə kağız paylayanları dəstəklədiklərini bildirmişdir. Sonda Araz Quliyevdən izahat alınaraq sərbəst buraxılmışdır.

Görünür şəhər və rayonlarda hicab qadağası ilə bağlı vərəqlərin yayılması ilə bağlı polis artıq araşdırmalara başlayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır