23 iyul 2011 - 19:30

Yeni ölkə 2013-cü il iyulun 1-dən birliyin 28-ci üzvü olacaq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Avropa Birliyinə (AB) üzv dövlət başçıları Xorvatiyanın quruma üzvlüyünə dair danışıqların başa çatdırılmasına qərar verib.

«İTAR-TASS»ın verdiyi məlumata görə, Brüsseldə keçirilmiş toplantıda Xorvatiyanı AB-yə qəbul etmək qərarı çıxarılıb. Müzakirələrə yaxın mənbənin bildirdiyinə görə, proses iyunun sonunadək başa çatdırılacaq, ilin sonunda isə Xorvatiyanın AB-yə qəbuluna dair sənəd imzalanacaq. Yeni ölkə 2013-cü il iyulun 1-dən birliyin 28-ci üzvü olacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır