23 iyul 2011 - 19:30

Əvvəl partlayışın 15 nəfərin həyatına son qoyduğu bildirilirdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən axşam saatlarında Bağdad bazarlarından birində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı artır.

«Associated Press»in verdiyi məlumata görə, onların sayı 40 nəfərə çatıb. Əvvəl partlayışın 15 nəfərin həyatına son qoyduğu bildirilirdi.

80-dən artıq yaralı var və onların bir çoxunun vəziyyəti ağırdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır