Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın orta məktəblərində rüşvət faktının olmasını təsdiq edən video yayılıb. “Qafqazinfo” xəbər portalının yaydığı videodan aydın olur ki, məktəblərdən birində imtahan üçün şagirdlərdən pul yığılıb. Şagirdlər özləri etiraf edib ki, onlar imtahana görə, 50 manat pul veriblər. Maraqlıdır ki, bu faktı məktəbin Anar adlı tarix müəllimi telefonun yaddaşına köçürüb.
Təhsil naziri orta məktəblərdə rüşvətlə bağlı fakt istəyirdi. Fakt ortadadır. Indi təhsil naziri buyurub, tədbir görsün.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır