21 iyul 2011 - 19:30

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rayon Prokurorluğundan verilən məlumata görə, Xırdalan şəhər sakini, 55 yaşlı İnqlab Məmmədov evində sirkə turşusu içərək özünü zəhərləyib. Ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Onun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, mərhumun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır