21 iyul 2011 - 19:30

19 yaşlı əsgər İmanov Yusif Mustafa oğlu sol ayağından yaralanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində bir əsgərimiz yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, atəşkəsin pozulması nəticəsində dünən Ağdam rayonunun Mərzili kəndi yaxınlığında 19 yaşlı əsgər İmanov Yusif Mustafa oğlu sol ayağından yaralanıb.

Əsgər hospitala yerləşdirilib, vəziyyəti kafi qiymətləndirlir.

Yusif İmanov Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə çağrılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır