Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirin sabiq diktatoru Hüsnü naMübarək xərçəng xəstəliyinə tutulub.
«Reuters»sin məlumatına görə, bunu eks-prezidentin vəkili Fərid əl-Diib rəsmən təsdiqləyib.
«Son tibbi arayışda Mübarəkin xərçəng xəstəsi olduğu yazılıb», - deyə o, qeyd edib.
Qeyd edək ki, naMübarək nümayişçilərin qətlinə fərman verdiyi və hakimiyyətdən süi-istifadə ittihamları ilə avqustun 3-də məhkəmə qarşısında durmalıdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır