19 iyul 2011 - 19:30

Aksiyanın sonunda səfirliyə qətnamə təqdim olunub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bir qrup azərbaycanlı mühacir iyunun 18-də İsveçin paytaxtı Stokholmda Azərbaycan səfirliyi qarşısında aksiya keçiri

Bir qrup azərbaycanlı mühacir iyunun 18-də İsveçin paytaxtı Stokholmda Azərbaycan səfirliyi qarşısında aksiya keçirib. Bu barədə “Azadlıq” radiosuna İsveçdə yaradılan müxalif İctimai Palatanın işçi qrupunun üzvü Əli Ağayev məlumat verib.

Aksiyasının məqsədi iyunun 19-da Bakıda İctimai Palatanın planlaşdırılan aksiyasına dəstək vermək olub. Bu, İsveçdə Azərbaycan səfirliyi qarşısında keçirilən ilk aksiyadır. Aksiyaya 150 nəfərdən çox iştirakçı qatılıb.

Aksiyanın sonunda səfirliyə qətnamə təqdim olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır