18 iyul 2011 - 19:30

Cənubi Koreya hərbçiləri ölkənin hava məkanına girən sərnişin təyyarəsini Şimali Koreyaya məxsus hərbi təyyarə bilərək atəş açıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Cənubi Koreya hərbçiləri ölkənin hava məkanına girən sərnişin təyyarəsini Şimali Koreyaya məxsus hərbi təyyarə bilərək atəş açıb.

BBC  xəbər verir ki, göyərtəsində 119 sərnişinin olduğu təyyarə Çindən qayıdırmış. İlkin məlumata görə, təyyarə zədələnməyib, sərnişinlər arasında xəsarət alan yoxdur.

Təyyarə Seul yaxınlığına yerə yaxınlaşan zaman 2 hərbçi onu avtomatdan atəşə tutmağa başlayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır