17 iyul 2011 - 19:30

Azərbaycanda artıq milli adətə çevrilmiş intihar məsələsi səngimək bilmir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda artıq milli adətə çevrilmiş intihar məsələsi səngimək bilmir. Bakının Binəqədi rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Biləcəri qəsəbəsində 24 yaşlı Ağasəlim Süleymanov özünü iş yerində asıb.

Onun meyiti iyunun 17-də saat 19:00 radələrində işlədiyi avtomobillərə xidmət məntəqəsində dəmir borudan asılmış vəziyyətdə aşkarlanıb.

Mərhumun özünə qəsd etməsinin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır