15 iyul 2011 - 19:30

ABŞ səfiri Əliyevin neft kartından demokratiyanı boğmaq üçün istifadə etdiyini yazıb Enn Dersi: “Hökumət neft zənginliyinə beynəlxalq ictimaiyyətin gözündə siyasi legitimliyini artırmaq vasitəsi kimi baxır”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Wikileaks” saytı məxfi diplomatik yazışmalar seriyasını yaymaqda davam edir. Növbəti belə yazışmalar arasında ABŞ-ın Bakıdakı səfiri Enn Dersin diplomatik məktubu da var.

2008-ci ildə Vaşinqtona göndərilən məktubda neft gəlirlərinin kəskin axını fonunda Azərbaycan hakimiyyətinin davranışındakı dəyişikliklərdən bəhs edilir:

Əliyevin demokratiya ilə bağlı tövsiyələrə əsəbi reaksiyası

“Neft gəlirləri artdıqca hökumətin davranışı kəskin şəkildə dəyişir, o, özünü daha əmin aparır və açıq-aşkar ölkənin regionun lideri kimi tanınmasını tələb edir.

Hökumət üzvləri qeyd edirlər ki, Azə