Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əl Qaidə terror qruplaşmasının yeni lideri son illər Usama Bin Ladenin köməkçisi olmuş Ayman əz-Zəvahiri təyin edilib. ABŞ-ın xüsusi xidmət orqanları Ayman əz-Zəvahirini 1998-ci ildə Keniya və Tanzaniyadakı səfirliklərdə partlayışların təşkilində ittiham edir. Ayman əz-Zəvahiri Federal Araşdırmalar Bürosunun axtarışda olan 10 ən təhlükəli cinayətkarından ibarət siyahısına daxildir.
Xatırladaq ki, Əl-Qaidə terror qruplaşmasının əvvəlki lideri Usama Bin Laden mayın 2-də Pakistanda ABŞ xüsusi təyinatlıları tərəfindən qətlə yetirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır