14 iyul 2011 - 19:30

Belə küllü miqdarda pulun, xərclənməsinə heç bir nəzarət etməmək məhz İşğalçı ABŞ-ın bu pulları oğurlamasına aydın sübutdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı Amerikalı auditorlar İraqın bərpası üçün ayrılmış 6,6 milyrd dolların oğurlandığını açıqlayıb.

MIGnews.com saytının verdiyi məlumata görə, yoxlamalar məhz bu məbləğin itib-batdığını göstərib. Auditorlar onun oğurlandığı qənaətindədir.

Araşdırmanın nəticəsilə bağlı hesabatda bildirilir ki, «ABŞ sadəcə pulları təyyarəyə yığaraq İraqa göndərib və onun xərclənməsinə nəzarət etməyib».

Qeyd edək ki, belə küllü miqdarda pulun, xərclənməsinə heç bir nəzarət etməmək məhz İşğalçı ABŞ-ın bu pulları oğurlamasına aydın sübutdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır