Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyənin Sivas bölgəsində axtarış aparan təhlükəsizlik qüvvələri İmranı qəsəbəsinin ərazisində PKK terrorçuları ilə qarşılaşıb.
Türkiyə medyasının verdiyi məlumata görə, terrorçular əsgərlərin “Təslim ol!” əmrinə tabe olmayıblar və atəş açmağa başlayıblar.
Hərbçilər cavab atəşi açıblar. Atışma zamanı 3 terrorçu məhv edilib.
PKK-çıların gizləndiyi güman edilən ərazidə əməliyyat davam etdirilir. Bölgəyə əlavə hərbi qüvvələr cəlb olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır