Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin baş muftiyi, şeyxi və imamı seçilib.
Baş müfti vəzfəsinə Cemal Paksadze seçilib. Onun sözlərinə görə, azərbaycanlı şiələrin və gürcüstanlı sünnilərin vahid idarəni yaratmaqda məqsədi Gürcüstan müsəlmanlarının dini məsələlərinin həll edilməsidir.
Gürcüstanın baş şeyxi Vagif Ağafilov seçilib, baş imam vəzifəsinə isə Yasir Əliyev seçilib.
Qetd edək ki, bundan öncə Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasını Qafqaz Müsəlmanları İdarəsi pisləmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır