Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 12 iyun yerli vaxtla saat 07:00-da Türkiyədə parlament seçkiləri başlayıb.
Məlumata görə, parlament seçkilərində 15 siyasi partiya iştirak edir. Onlardan 7,5 min namizəd, 203 nəfər isə müstəqil namizəd kimi irəli sürülüb.
Birpalatalı Türkiyə parlamentinə ümumilikdə 550 nəfər seçiləcək. Bu seçkilərdə başlıca rəqiblər Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası olacaq.
Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin təxminən 47 faizinin səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb. Seçkilərdə ümumilikdə 50 milyon Türkiyə vətəndaşı iştirak edir.
Türkiyədə keçiriləcək parlament seçkilərini ATƏT və Avropa Şurasının nümayəndə heyətləri də müşahidə edib.
Türkiyənin Şərqindəki 32 əyalətdə parlament seçkilərinə səs vermə başa çatıb. Bu haqda Türkiyənin "Haberaktuel" qəzeti məlumat verib.
Səsvermənin başa çatdığı Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbakır, Elazığ, Erzincan, Erzurum, Gaziantep, Giresun, Gümüşhane, Hakkari, Kars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rize, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, Iğdır ve Kilis şəhərlərində səsvermənin nəticələri hesablanmağa başlanılıb.
Türkiyənin Baş Naziri Rəcəp Tayyip Ərdoğan, Türkiyə prezidenti Abdullah Gül və xanımı Xeyrunnisa Gül bu gün parlament seçkilərində səs verib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
Türkiyə KİV-nin məlumatlarına görə, Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu da bu gün parlament seçkilərində səs vermişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır