10 iyun 2011 - 19:30

Döyüşlər əsasən şəhər ətrafında baş verib. Bundan əlavə hökumət qoşunları tank və toplardan şəhəri atəşə tutublar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dəqiqləşdirilmiş məlumatlara görə, Liviyanın Misrata şəhərində hökumət qoşunları və üsyançılar arasında dünən baş vermiş döyüşdə həlak olanların sayı 31 nəfərə çatıb, 110 nəfərdən artıq insan yaralanıb.

Döyüşlər əsasən şəhər ətrafında baş verib. Bundan əlavə hökumət qoşunları tank və toplardan şəhəri atəşə tutublar.

Misrata böyüklüyünə görə Liviyanın üçüncü şəhəridir və Tripolidən 200 km şərqdə yerləşir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır