Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Abşeron rayonunda ustaların pivə məclisində qan töküldü. Rayon Polis Şöbəsindən verilən məlumata görə, qanlı hadisə iyunun 10-da Masazır qəsəbəsində baş verib.
Zaqatala rayon sakini olan 44 yaşlı Aslan Daşdəmirov münaqişə zəminində 43 yaşlı həmyerlisi Eldar Məmmədova bıçaqla xəsarət yetirib. Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Daşdəmirov tutulub.
"Eldarın söhbəti mənə ləzzət eləmədi, mən də vurdum. Neyləyəsiydim ki?" - deyə Aslan ilkin dindirmə zamanı hadisənin baş verməsini belə izah edib.
İşi araşdıran müstəntiq Məhəmməd Tağıyev bildirdi ki, hər iki şəxs Zaqataladan Bakıya işləmək üçün gəlib. Onlar ayrı-ayrı yerlərdə usta işləsələr də, birlikdə kirayə yaşayırlar. Gecə onlar pivə məclisi qurublar. Pivəni içib doyandan sonra mübahisələri düşüb. Aslan stolun üstündəki bıçağı götürüb Eldara bir bıçaq zərbəsi vurub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır