Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının qərbində Kürdüstanda Kamyaran şəhərində "Komelə" qruplaşmasının terrorçu bir dəstəsi Allah Ordusu tərəfindən darmadağın edilib.
İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepahın) Kamyarandakı Komandanı polkovnik Məhəmməd Rza Şərəf Bəyanı bununla bağlı açıqlama verib.
Onun sözlərinə görə , məsələnin ciddi sürətdə təqib edilməsindən və xalqın təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməsindən sonra bu terrorçu qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirilib.
Hadisə zamanı bir terrorçu öldürülüb, 3 nəfər yaralanıb və bir neçə nəfər isə qaçmağa müvəffəq olub. Qeyd edək ki, "Komelə" partiyası İslam İnqilabından sonra fəaliyyəti qanunsuz elan edilib.
Partiya üzvləri isə, bundan sonra terrorçuluqla məşğul olublar. Onların əsas fəaliyyət məntəqəsi İran Kürdüstanıdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır