Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Klassik Xalq Cəbhəsi Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Nazirliyinin qarşısında “Yer ver!” şüarı altında piketlər keçirməyi qərara alıb. Qərar partiya Ali Məclisinin iyunun 5-də keçirilən sesiyasında qəbul olunub.
İyunun 6-da partiya Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Müraciətdə deyilir ki, KXCP bu il iyunun 24-də II qurultayını keçirmək qərarına gəlib. Tədbirə yer ayrılması üçün partiya mayın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Müraciətə cavab olaraq meriya qurultayın keçirilməsinə etiraz etmədiyini, lakin müraci