4 iyun 2011 - 19:30

Cənubdakı Taiz şəhərində isə prezident sarayına hücum olub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yəmənin paytaxtı Sənada atəş və partlayış səsləri eşidilir. Məlumata görə, müxalifətin tərəfinə keçən ordu generalı Əli Möhsenin qərargahında partlayışın baş verdiyi bildirilir. Azı 2 nəfərin öldüyü, 15 nəfərin isə yaralandığı xəbər verilir.

Bu arada onlarla silahlı şəxs Yəmənin ikinci böyük şəhəri olan Taizdə prezident iqamətgahına hücum edib. 4 hərbçinin, həmçinin hücum edən silahlı şəxslərdən birinin öldüyü bildirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır