Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya müsəlmanlarının dini lideri İmam Xamneyi həzrətlərinin müqəddəs Qum şəhərindəki ofisi tərəfindən cümə günü, şam namazından sonra Qumun “Əzəm Məscidində” dünya məzlumlarının fəryadına çatan, istibdadçı rejimlərin kürəyin yerə çırpan, İmam Zaman (əccələllahu fərəcəhuş şərif) həzrətlərinin sadiq canişini, İmam Xomeyninin rehlətinin 22-ci illiyi ilə əlaqədar anım məclisi keçirildi.
Məclisin xitabəçisi Ayətullah Xatəmi olmuşdur. O, İmam Xomeyninin həyat yaradıcılığından, onun böyük bir arif olması ilə yanşı həmdə dahi bir siyasətçi insan olmasından, təqva və pəhrizkarlığından, mömünlərlə mülayim lakin kafirlərə qarşı isə möhkəm və amansız olmasından söhbət açmışdır.
Məclisdə böyük İslam alimləri, Ayətullahlar, müçtehidlər o cümlədən Ayətullah Şubeyri Zəncani, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani, Ayətullah Ələvi Qurqani, Ayətullah Cavadi Amuli, Ayətullah Məhdəvi Kəni, Ayətullah Safi Gülpəyqani, Ayətullah Gülpəyqani və ictimaiyyətin müxtəlif təbəqəsindən olan insanları yaxından iştirak etmişlər.
Ruhu Şad Olsun
Amin!










Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır