3 iyun 2011 - 19:30

Azərbaycan vətəndaşı olan qadın barəsində beynəlxalq axtarış elan edilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan vətəndaşı olan qadın barəsində beynəlxalq axtarış elan edilib.

İnterpolun rəsmi saytının verdiyi xəbər görə, 63 yaşlı Neftçala sakini Almara Hüseynova Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə (178.2.4-cü) maddəsi ilə təqsirli bilinir. O, Səbail rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib. Hazırda A.Hüseynovanın tutulması istiqamətində tədbirlər davam etdirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır