Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Tunisin devrilmiş diktatoru Zeynal Abidin Ben Əlinın bacılarından biri həbs olunub. TAP agentliyinin verdiyi məlumata görə, Nəcat Bin Əli Tunisin Soussa bölgəsində saxlanılıb. Onun həbs edilmə səbəbi barədə ətraflı məlumat verilməyib.
Xatırladaq ki, xalq etirazları qarşısında duruş gətirə biləməyən Zeynal Abidin Bin Əli Tunis prezidenti postundan istefa verərək Səduiyyə Ərəbistanına qaçıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır