1 iyun 2011 - 19:30

Azərbaycan İslam Partiyasının Mövsüm Səmədovla birgə digər şəxslərin - partiya sədrinin müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin istintaqı yekunlaşıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun, eləcə də digər şəxslərin – partiya sədrinin müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin istintaqı yekunlaşıb. İyun ayının sonlarına qədər işin məhkəməyə göndərilməsi gözlənilir. Yekun ittihamlar bildirilib.

Qeyd edək ki, yalnız Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1. (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli lə