Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bəyanatda Müqtəda Sədr Bəhreyndəki etirazların şiələrin yaxud sünnilərin etirazı deyil, bütün Bəhreyn xalqının etirazı olduğunu deyib. O həmçinin İraq əhalisinin Bəhreynliləri heç bir zaman yaddan çıxartmayacağını və dualarında daim Bəhreynliləri xatırladıqlarını bildirərək "bəhreynlilərin dərdi dərdimizdir" deyib.
Müqtəda Sədr heç bir ölkənin daxili işinə qarışmaq fikrində olmadığını yalnız daxilindən gələn insaniyyət borcunu yerinə yetirərək bu fikirləri səsləndirdiyini deyərək etiraz aksiyalarında etirazçılarla olduğunu diqqətə çatdırıb.
O Bəhreynlilərə Bəhreyn sizə aiddir və biz səbri, dözümlülüyü və qərarlığı sizdən əxz edərək İraqı azad edəcəyik deyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır