Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: "Mavi Mərmərə" gəmisinə İsrail hücumunun ildönümü ərəfəsində İrandan Ayətullah Seyyid Əli Qaimməqamın başçılığı ilə 10 nəfər İstanbula gəlib.
İslam-Azeri.az İnternet qəzetinin "zeynebiye.com" saytına istinadən verdiyi xəbərə görə, İraq-İran müharibəsi zamanı İraq Ordusunun tankının altına girərək özünü partladan 14 yaşlı şəhid Məhəmməd Hüseyn Fəhmidənin adına qurulan "Şəhid Fəhmidə" təşkilatının direktoru Ayətullah Seyyid Əli Qaimməqam və 10 iranlı Türkiyə Cəfərilərinin sıx yaşadığı Halkalıdakı "Zeynəbiyyə" Dini Mərkəzini ziyarət ediblər.
Zöhr namazını qıldıqdan sonra çay süfrəsində bəzi dini və ictimai məsələlər müzakirə edilib.






Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır