Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 30-da Yevlax rayonunda yeni doğulmuş körpə A.Bakıxanov küçəsində küçəyə atılıb. İşi araşdıran Yevlax rayon Polis Şöbəsinin təhqiqatçısı Elçin Sevindikov açıqlamsında bildirdi ki, tapılan körpənin kim tərəfindən atılması hələlik məlum deyil.
Təhqiqatçının sözlərinə görə, körpə uşaq küçədə yolun kənarında zənbildə qoyulubmuş. Elə onu həmin küçədə yaşayan sakinlər tapıblar. Belə ki, küçədə uşaq qığıltısı eşidilib. Səsə küçəyə çıxan sakinlər sahibsiz zənbil görüblər. Zənbilə baxanda isə, bələkdə uşaq olduğunu görüb, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.
Körpə hazırda rayon xəstəxanasının doğum şöbəsinə təhvil verilib. Həkimlərin dediyinə görə, uşaq cəmi 5-6 gün əvvəl dünyaya gəlib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır