29 may 2011 - 19:30

Yanğının qarşısı alınıb, onun baş verməsinin səbəbləri araşdırılır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Nərimanov rayonu ərazisində yerləşən "Gilavar" restoranında güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə bu gün saat 10.00 radələrində qeydə alınıb. Yanğın restoranın çardağında 300 kvadrat metr ərazidə baş verib.

Məlumata görə, 2 saylı çağırışla hadisə yerinə 8 yanğınsöndürən maşın cəlb olunub. Yanğının qarşısı alınıb. Hazırda hadisə yerində mütəxəssislər işləyir. Onlar yanğının hansı səbəbdən baş verməsini araşdırır.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə nəticəsində restoranın əsasən dam örtüyünə ziyan dəyib. Əvvəlcə qalın tüstü yaranıb, daha sonra isə mətbəxdən dama çıxan sobanın borusundan güçlü alov yayılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır