Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: AFP bildirir ki, Serbiyanın Pozarevaç əyalətində yaşayan Slavişa Pajkiçi "Batareya adam" kimi tanıyırlar. O, çox yüksək gərginlikli elektrik cərəyanını bədənindən keçirsə də, heç bir diskomforti və ya narahatlıq hiss etmir.
Slavişanın sözlərinə görə, qeyri-adi bacarığını 17 yaşınqda aşkarlayıb. İnsan orqanizmi üçün 50 volt cərəyanı artıq təhlükəlidir. Slavişa isə 20 min volta qədər cərəyanı asanlıqla bədənindən keçirir. Onun sözlərinə görə, istədiyi təqdirdə dielektrik, akkumulyator və ya batareya ola bilər.
"Batareya adam" yni dünya rekordu vurmağa, bədənindən 1 milyon voltluq elektroenerjini buraxmağa hazırlaşır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır