28 may 2011 - 19:30

İslam aləmində çox gözəl və önəmli günlərdən biri Peyğımbər (s) bağçasının gülü Həzərət Xanım Fatimeyi Zəhranın (s.ə) doğum günüdür

İslam aləmində çox gözəl və önəmli günlərdən biri Peyğımbər (s) bağçasının gülü Həzərət Xanım Fatimeyi Zəhranın (s.ə) doğum günüdür. Bu əziz gün müsəlmanlar arasında böyük şövqlə qeyd olunur. Gənc öz sevgilsini, evil öz xanımını, anasını, bacısını, qohumlarını bu əziz gün vasitəsi ilə təbrik edir. 24 may tarixi də belə bir günə təsadüf edirdi. İnanclı insanlar öz sevinc duyğularını bölüşmək üçün dənizkənarı parka istirahət etməyə, bu əziz günü qeyd etməyə çıxmışdı. Amma maləsəf, bu dəfə də onların hüquqları pozuldu.

Sən demə yaxınlıqdakı zooparkın qaısı açıq qalıbmış. Elə dəhşət də bundan sonra başlayıb. Xüsusi təlim görmüş heyvanlar insanlara hücum edib. Eee bağışlayın inanclılara. Dedim axı xüsusi təlim görmüş heyvanlar. Sevinc içində olan inanclılar da qalıblar çaş-baş. Özlərini itiriblər. A balam bu nə məsələdi!? Günün günorta çağı adama hücum çəkərlər! Özü də dənizkənarı parkda! Sonradan yayılan bu xəbər öz təsdiqini tapmadı. Dedilər ki, insanlara hücum edən polislər olub. Öz-özümə dedim ki, əşi mən deyirdim də heyvanlar belə şey etməz. Axı onlar xüsusi təlim görmüş şüursuz insanlardır.

Yevrovijını lüt-üryan şəkildə küçəlrədə qeyd edən üzdəniraqlara şərait yaradan Azərbaycan polsi nədənsə, müsəlman görəndə alergiyaya tutular. Tez-tələsik cumurlar üstlərinə. Nə yemisən … Vallah mən baş aça bilmirəm. Bu polislərə nə əti verirlər, nə təlimi keçirlər. Siz baş açırsınızsa, mənə də deyin.

Umimiyyətlə, qorxaq rejimlərin xüsusiyyəti budur. Öz mənafelərini qorumaq üçün kimliyindən asılı olmayaraq hamıya hücum edirlər. Bu cür rejimlərdə vətəndaş, vətən, xalq, qeyrət anlayışı nəinki ikinci-üçüncü planda olur, demək olar ki, bu cür anlayışları proqramlarına daxil etmirlər. Onlarda yalnız bir amal var, vur, dağıt, parçala, qan iç, hökm sür. Biz bunun bir daha şahidi olduq. Azərbaycan qadını təhqir olundu. Polis vəhşiliyi ilə üzləşdi. Ailəsi ilə istirahətə gələnlərin həyat yoldaşları həbs edildi. Xanımların əllərində gül dəstələri alınıb yerə atıldı. Hətta bəzi şərəfsizlər qadınlara söyüş söyməkdən belə çəkinmədi. İndi siz özünüz dəyərləndirin bu baş verənləri. Öz vətəndaşına dəyər verməyən bir hakimiyyətlə yaşayırıq.

Bəsdirin şərəfsizlik, qeyrətslik etdiniz. Yetər artıq xalqın heysiyyatı ilə oynadınız. Xalqa qucaq açın. Xalqla olun. Kişi olun, əgər bacarırsınızsa!