Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Nizami rayonunda dəhşətli zorlanma hadisəi törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Keşlə qəsəbəsində yaşayan Masallı sakini A.M-ov həmin qəsəbədə kirayə yaşayan 26 yaşlı Yusif Karpişa tərəfindən zorlanıb.
Dəhşətli cinayət hadisəsi mayın 24-də elə qəsəbə ərazisində,Y.Karpişanın kirayə yaşadığı evdə törədilib. Y.Karpişa əlində rezin boru həyətdə oynayan A.M-ova yaxınlaşaraq ondan köməklik etməsini istəyib. O, azyaşlıya deyib ki, rezin borunu həyətdə qapının altından keçirilməsinə köməklik etsin. Uşaq da onun fırıldağına inanaraq Y.Karpişanın Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi 40/4-dəki mənzilinə gəlib.
Orada uşağı çarpayıya uzadaraq seksual xarakterli hərəkətlər edib. O, azyaşlı ilə oral sekslə məşğul olarkən uşağı əlindən qaçırıb. Qızmış kişinin əlindən qurtulan azyaşlı hadisə barədə valideynlərinə danışıb. Zərərçəkmişin valideynləri ərazi üzrə polis bölməsinə müraciət ediblər.
Polis əməkdaşları Y.Karpişanı mayın 26-da səhər saatlarında həbs edib. Faktla bağlı Cinayət Məcəlləsinin on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zoraklılıq hərəkətləri etmə (150.3.3-cu) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə Y.Karpişa barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır