26 may 2011 - 19:30

Dayı öldürüldü, bacıoğlu ölümcül bıçaqlandı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Suraxanı rayonu ərazisində qanlı hadisə baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, qanlı hadisə ötən gün Ramanı qəsəbəsində yerləşən Yaşıllaşdırma İdarəsinin qarşısında törədilib.

Naməlum şəxs Lerik rayon sakini olan 53 yaşlı Nadir Səfərov və onun 50 yaşlı bacısı oğlu Vaqif Rüstəmovu bıçaqlayıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına çatdırılsa da, dayı N.Səfərovun həyatını xilas etmək mümkün olmayıb. V.Rüstəmovun vəziyyəti isə ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır