Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza hicab qadağısına etiraz edən ruhanilərin həbs olunmasına dair SalamNews-un müxbirinin verdiyi suala cavablandıraraq bildirirb ki, "biz istəyirik ki, bu məsələ öz həllini tapsın və inanırıq ki, qısa müddət ərzində qanun çərçıvəsində həll olunacaq"
Metyu Brayzanın sualı belə cavablandırması görəsən hansı mənanı daşıyır?! Aya ABŞ-ın Azərbaycandakı islamafobiya siyasətinə dəstəyi özünün növbəti yeni mərhələsinə keçidi kimi qələmə verilsin?! Yoxsa Brayzanın dediyi: “...və inanırıq ki, qısa müddət ərzində qanun çərçıvəsində həll olunacaq” sözü elə mövcud rejimin müxtəlif qondarma maddələrlə AİP sədrini, dindarları və ruhaniləri şərləyərək qazamata salıb və onları elə həmin maddələrlə zindanda saxlanmalarına bir əsas kimi qiymətləndirilsin?!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır