Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Şirvan şəhərində yersiz hərəkət “gor qonşuları”nı bir-birinə düşmən etdi. Rayon Polis Şöbəsindən verilən məlumata görə, düşmənçiliyə onların bir-birinin zarafatlarını həzm etməməsi səbəb olub.
Qanlı hadisə mayın 25-də saat 02:00 radələrində Şirvan şəhəri ərazisində baş verib. Şəhər sakini 25 yaşlı Elvin Əbülfəzov münaqişə zəminində qonşusu 37 yaşlı Nizami Mirzəyevə bıçaqla xəsarət yetirib. Bıçaq E.Əbülfəzovun daxili orqanlarını zədələyib, bağırsağını doğrayıb.
Şirvan şəhər Polis Şöbəsi əməkdaşları E.Əbülfəzovu tutub. Yaralının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb. Lakin işin istintaqını aparan baş müstəntiq Şaiq Məmmədov E.Əbülfzovdan qonşusunu hansı səbəbdən xəstəxanalıq etməsinin səbəbini soruşub.
Müstəntiqin verdiyi məlumata görə, E.Əbülfəzov ilkin dindirmə zamanı hadisənin zarafat üstündə baş verdiyini deyib. Onun deməsinə görə, hər ikisi yaxın qonşu olublar. Hadisə baş verən gün zarafatlaşıblar, lakin N.Mirzəyevin yersiz zarafatı onu özündən çıxarıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır