Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respubikası Kəşfiyyat Nazirliyinin (ETTELAAT) rəhbəri Heydər Moslehi son vaxtlar tutulan 30-a yaxın casusun etiraflarını dövlət televiziyası ilə yayacaqlarını bildirib.
Heydər Moslehi mayın 21-də jurnalistlərə açıqlamasında ölkədə ABŞ Federal Tədqiqatlar Bürosuna bağlı 30 casusun tutulduğunu demişdi.
Mayın 25-də jurnalistlərlə görüşən Moslehi bildirib ki, xaricdə ölkədən casus cəlb etməklə məşğul olan daha 45 nəfəri müəyyənləşdiriblər: “Onların niyyəti daha çox ölkənin nüvə, neft və qaz sektoruna, Energetika Nazirliyinə, eləcə də ayrı-ayrı təşkilat və orqanların kompüter cihazlarına nüfuz etmək olub. Lakin buna müvəffəq olmadılar.
Onlar yaşıl fitnədə (İrandakı yaşıl hərəkatı nəzərdə tutulur) uğur qazana bilmədiklərinə görə ölkədə təxribat törətmək niyyətində idilər. Saxlanan həmin şəxslərin bir sıra etirafları yaxın vaxtlarda televiziyadan yayılacaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır