Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 25-də Eksperdlər Məclisi rəyasət heyətinin iclasında çıxış edən qurumun rəhbəri Ayətullah Məhəmmədrza Məhdəvi Kəni dini rəhbəri Ayətullah İmam Seyyid Əli Xamneyinin İran İslam Respublikasının qurucusu Ayətullah İmam Seyyid Musəvi Xomeyninin ölümündən – 1989-cu ildən ölkəni uğurla idarə etdiyini vurğulayıb.
Ayətullah Məhdəvi Kəni deyib ki, İmam Xamneyi ölkəni layiqincə idarə edir: “Bu Allahın istəyi idi ki, o, rəhbərliyə gəlsin. Bütün bu 22 ildə ölkədə ağır hadisələr baş versə də, dini rəhbər bu sınaqlardan çıxaraq ölkəni idarə edib. Allah onu təsdiqləyib. Arzu edirik ki, uzun illər yaşasın. Hətta düşmənlər də onun bacarığını etiraf edir, heç kəsin onu əvəz edə biləcəyinə inanmır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır